Şəkidə ağır yol qəzası - üçü azyaşlı olmaqla 4 nəfər ölüb

21:00 18.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkidə avtomobil ağaca çırpılıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, bu gün saat 19 radələrində Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü, 1989-cu il təvəllüdlü Nicat Mirzəyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.